Bir qrup valideyn növbəti dəfə Mingəçevir Dövlət Universitetində imtahan prosesini müşahidə edib

  • Post category:Xəbərlər (AZ)

Bir qrup valideyn növbəti dəfə Mingəçevir Dövlət Universitetində imtahan prosesini müşahidə edib

 

2022-ci ilin 21 yanvar tarixində bir qrup valideyn növbəti dəfə Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində əyani formada təşkil edilən imtahan prosesini izləyiblər.

Valideynlər imtahanların keçirilməsi mexanizmi və tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları ilə yaxından tanış olublar. İmtahan sessiyası müddətində “İmtahan Qərargahı”nın, “İmtahanlara dəstək qrupu”nun, “Apellyasiya Komissiyası”nın və “Qaynar xətt”in fəaliyyəti barədə valideynlərə əyani şəkildə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tələbələrin imtahanlara lazımi şəkildə hazırlaşması məqsədilə yaradılan imkanlardan məmnunluqlarını ifadə edən valideynlər imtahan prosesinin mütəşəkkil, obyektiv və şəffaf keçirilməsinə görə universitetin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Bundan əvvəl, valideynlər cari ilin 7 yanvar və 14 yanvar tarixlərində də universitetin imtahan sessiyasını izləyiblər.

Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan payız imtahan sessiyası fevralın 2-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 900-dən çox imtahanda 3000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, hər bir fənn üzrə imtahan sualları və həmin sualların qısaldılmış cavabları tələbələrə çatdırılıb. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb, “Qaynar xətt” fəaliyyət göstərir. Bununla yanaşı, sessiya ərzində hər həftənin cümə axşamı rektorun iştirakı ilə “Açıq Qapı” günləri keçirilir.

{phocagallery view=category|categoryid=845|limitstart=0|limitcount=0}