2022-ci ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Azərbaycan xalqının heç vaxt unutmayacağı qanlı tarix: 31 Mart 1918-ci il” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun Təhsil fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Dəyirmi masada çıxış edən Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov, Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova və baş müəllim Mətanət Yusifova 104 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş soyqırımı barədə tarixi həqiqətləri tələbə gənclərin diqqətinə çatdırıblar və tarixmizin qanlı səhifəsini təşkil edən bu faciədən çıxarılası dərslər barədə fikirlərini bölüşüblər.
Çıxışlar ətrafında aparılan müzakirələrdən sonra, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə mühüm əhəmiyyət verilir.