2023-cü il martın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda elmi-praktik seminar keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının nümayəndələri, universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Seminara MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev moderatorluq edib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov “Məişət zorakılığının qarşısının alınması”, MDU-nun müəllimi Nərgiz Niftəliyeva “Məişət zorakılığı ilə mübarizənin psixoloji aspektləri” və hüquqşünası Elvin Abbasov “Məişət zorakılığının subyekti” mövzularında məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.