2023-cü il sentyabrın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) dəvətilə “Gənclərin Şəxsi İnkişaf Düşərgəsi”nin iştirakçıları ilə görüşüb.
Düşərgə 2023-cü ilin Gənclər paytaxtı olan Mingəçevir şəhərində keçirilən düşərgə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə keçirilir.
Ölkəmizin müxtəlif regionlarını təmsil edən fəal gənclərin iştirak etdiyi görüşdə çıxış edən rektor gənclərin hərtərəfli inkişafında təhsilin müstəsna əhəmiyyəti barədə faydalı müzakirələr aparıb.
Gənclər tərəfindən maraqla qarşılanan görüşdə suallar cavablandırılıb və sonda xatirə şəkil çəkdirilib.