2023-cü ilin oktyabrın 10-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda 2024/2025-ci tədris ilinin tələbə qəbulu proqnozu layihəsi, tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsi vəziyyəti, MDU-da informasiya texnologiyaları sahəsində fəaliyyət və Mingəçevir şəhərinin 75 illiyi ilə əlaqədar MDU-da həyata keçiriləcək tədbirlər haqqında hesabatlar dinlənilib.
Aparılan müzakirələr zamanı müvafiq tapşırıqlar və tövsiyələr verildikdən sonra təqdim edilən hesabatlar Şura üzvləri tərəfindən qəbul edilib.
Sonra, iclas cari məsələlərin müzakirəsi ilə davam edib.