Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) intellektual oyunlar klubunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Quiz” formatlı bilik yarışı keçirilib.
Yarışda MDU-nun 100-dən artıq tələbəsinin iştirakı ilə 21 komanda mübarizə aparıb. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən yarışda Ulu Öndərin həyat və fəaliyyəti, 44 günlük Vətən müharibəsi, Mingəçevir şəhəri, ədəbiyyat ilə bağlı, eləcə də ümumi dünyagörüşü xarakterli müxtəlif suallar təqdim edilib.
Üç mərhələdə davam edən yarışın qalibləri sırasında “Souless” komandası I yer, “Qartal” komandası II yer və “Luffy” komandası III yerin sahibi olub. Qaliblər müvafiq diplomlarla təltif olunublar.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.