MDU-da təhsil alan tələbənin valideyninin imtahanlarla bağlı təəssüratları

  • Post category:MDU xəbərləri

2024-cü il yanvarın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alan tələbələrin valideynləri üçün təşkil edilən payız semestrinin imtahan sessiyasını müşahidəsində iştirak edən valideyn Mənsur Quliyev öz təəssüratlarını bölüşüb:

MDU-nun İqtsadiyyat və idarəetmə fakültəsində təhsil alan oğlum Elburus hər zaman MDU-da həyata keçirilən tədris prosesinin yüksək səviyyədə aparıldığını bildirirdi. Bu gün universitetdə imtahan prosesini izləməklə bir daha buradakı obyektivliyə əmin oldum. MDU-da aparılan yüksək səviyyədə tədris, sağlam müəllim-tələbə münasibətləri, ümumilikdə bu təhsil ocağında görülən işlərlə bağlı əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Övladımın və yaxınlarımın yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da təhsil almasından qürur duyuram. İnanıram ki, tələbələr burada aldığı təhsil və təcrübə ilə gələcəkdə yüksək nailiyyətlər əldə edəcəklər.