MDU-da “Ətraf mühitə təsirin qiymətləndirilməsi” modulunun “Yaşıl biznes” mövzusunda növbəti təlimi keçirilib

2024-cü il mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi” adlı modul təlimlərin IV sessiyası keçirilib.

Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən professoru Evren Güçer tərəfindən “Yaşıl Biznes” mövzusunda keçirilən növbəti təlimdə MDU-nun tələbə və magistrantları iştirak edib.

E.Güçer iştirakçılara yaşıl iqtisadiyyat anlayışı, qlobal istiləşmə və onu yaradan səbəblər, yaşıl iqtisadiyyatın iqtisadi böyümədəki rolundan, yaşıl iqtisadiyyatın komponentləri mövzularında məlumat verib, tələbələrlə interaktiv müzakirələr aparıb. Tələbələrin aktiv iştirak etdiyi təlimdə ekoloji problemlərin həll edilməsi ilə yanaşı biznes yaratmaq ideyaları, çirkab sularının idarəedilməsi, məişət tullantılarının çeşidləndirilib yenidən emala verilməsi kimi ideyalar barədə mülahizələr söylənilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.