2024-cü il iyunun 12-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Öncə, Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayevin cari ilin 3 iyun tarixində imzaladığı müvafiq əmrlərə əsasən MDU-nun Tədris məsələləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən olaraq təyin olunmuş Üzeyir Zeynalov universitetin elmi katibi Kəmalə Eyyubova tərəfindən Şura üzvlərinə təqdim olunub və onun sədrliyi ilə ilk iclası açıq elan edib.
Sonra, Ü.Zeynalov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb
İclasda “Mühəndislik fakultəsinin fəaliyyəti haqqında (tədrisin keyfiyyəti, elmi fəaliyyət, tələbələrlə iş)”, “MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi haqqında”, “2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, “Doktorant və dissertantların elmi-tədqiqat işlərinin vəziyyəti haqqında” və “MDU-nun beynəlxalq əməkdaşlıq fəaliyyəti haqqında” hesabatlar dinlənilib. Hər bir hesabat ayrılıqda aparılan müzakirələrdən sonra müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla qəbul olunub.
Elmi Şura iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.