You are currently viewing MDU müəllimlərinin yeni dərs vəsaiti çap olunub

MDU müəllimlərinin yeni dərs vəsaiti çap olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının müdiri, dosent Təranə Yusibova, kafedranın müəllimləri Aytac Cavadova və Natavan Vəliyevanın həmmüəllifliyi ilə “Biosfer və onun mühafizəsi” adlı dərs vəsaiti nəşr olunub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsndə çap olunmuş dərs vəsaiti ERASMUS+ GEOLİC layihəsi əsasında hazırlanıb.

8 fəsildən ibarət olan dərslik “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Həmçinin magistrantlar və doktorantlar da bu vəsaitdən faydalana bilərlər.