2024-cü il sentyabrın 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov yeni tədris ilinin başlanması ilə əlaqar olaraq Təhsil fakültəsinin tələbələri ilə görüşüb.
Dərs proseslərini izləyən prorektor tələbələrə universitet haqda ətraflı məlumat verib, təhsilin əhəmiyyətindən danışıb. O, tələbələrə müraciət edərək, onlara universitet həyatında daha fəal olmağı, bilik və bacarıqlarını inkişaf etdirməkləri üçün yaradılmış imkanlardan maksimum faydalanmağı tövsiyə edib.