2024-cü il oktyabrın 22-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının fəaliyyət planına uyğun olaraq “Yaşıl dünya naminə həmrəylik ili – COP 29” çərçivəsində “Yaşıl nəqliyyat: qlobal çağırışlar” mövzusunda elmi seminar keçirilib.
Seminarda Elm və İnnovasiyalar Şöbəsinin müdiri, dosent Vüqar Mustafayev Azərbaycan Respublikasının iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq səviyyədə fəal iştirakından, habelə ölkənin bu sahədəki siyasətinin əsas istiqamətlərindən bəhs edib.
Elmi seminarda Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov çıxışında Azərbaycan 1991-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulduğunu və ölkənin Milli İqlim Planına əsasən, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 1990-cı il səviyyəsi ilə müqayisədə 35 % azaltmağı və 2050-ci ilə qədər azad edilmiş ərazilərdə “sıfır emissiya zonaları” yaratmağı hədəflədiyini diqqətə çatdırıb
Energetika kafedrasının müdiri, dosent Ülkər Aşurova çıxışında İqlim Dəyişikliyi siyasətinin hibrid avtomobillərin tətbiqi, köhnə nəqliyyat vasitələrinin utilizasiyası və alternativ enerji mənbələrinin inkişafı kimi tədbirləri də əhatə etdiyini qeyd edib
Sonra kafedranın gənc müəllimlərinin məruzələri dinlənilib. Qaragöz Kərimov və Habil İsmayılzadə mövzu ətrafında çıxış ediblər. Qaragöz Kərimov “Azərbaycanın nəqliyyat sistemi və ekoloji təhlükəsizlik: qlobal çağırışlar”, Habil İsmayılzadə isə “Yol hərəkətinin təşkilinin yaşıl nəqliyyatda rolu” mövzusunda danışaraq yaşıl nəqliyyatın təşkili ilə bağlı vacib məqamları diqqətə çatdırıb. Tədbirdə tələbələrin və müəllimlərin sualları cavablandırıldı və maraqlı müzakirələr aparılıb.