17 noyabr – Milli Dirçəliş Günüdür.
Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşmaq uğurunda mübarizəyə qalxdı və azad yaşamağa layiq xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Xalqımız azadlığı, dövlət müstəqilliyini öz gücü, cəsarəti, mübarizliyi sayəsində qazandı və qəhrəman övladlarının qanı bahasına, canı bahasına qorudu.
Bu gün Milli Dirçəliş Gününü ərazi bütövlüyünü tam təmin etmiş dövlətin vətəndaşı kimi qeyd etməyin qürurunu yaşayırıq.
Milli Dirçəliş Günümüz mübarək!