MDU-da “İcbari tibbi sığorta nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü ilin noyabrın 19-da Mingəçevir Dövlət Universitetində (MDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər filialının təşkilatçılığı ilə “İcbari tibbi sığorta nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Filialın rəhbəri Adil Həsənov tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təhsil və tədqiqat fəaliyyətləri ilə yanaşı, cəmiyyətə xidməti əsas missiyalarından biri kimi müəyyən edən MDU-da ictimai həyatın müxtəlif sahələri ilə bağlı müvafiq məlumatlandırıcı və maarifləndirici görüşlərin keçirilməsinə xüsusi önəm verilir.