27-28 noyabr 2024-cü il tarixlərində Xəzər Universitetində “DIRNA” Erasmus+ layihəsi çərçivəsində “Tədqiqat Metodları” mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir. Bu tədbirdə Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva iştirak etmişdir. İki gün davam edən təlim tədqiqat sahəsində biliklərin artırılması və praktik bacarıqların inkişafı üçün böyük imkanlar yaratmışdır. Universitet rəhbərliyi bu cür tədbirlərin əhəmiyyətini dəyərləndirərək, əməkdaşlarının elmi biliklərini artırmaq üçün beynəlxalq layihələrdə iştirakını hər zaman dəstəkləyir. 27 noyabr 2024-cü il tarixində Raziyə İsayeva tərəfindən aparılan sessiya tədqiqat dizaynı, planlaşdırma və etik prinsiplərin tətbiqinə həsr edilmişdir. Ədəbiyyat icmalı mövzusu xüsusilə vurğulanaraq tədqiqatın uğurunun əsasının düzgün araşdırma olduğu bir daha diqqətə çatdırılmışdır. 28 noyabr 2024-cü il tarixində Cavid Ocaği ilə keçirilən təlimdə iştirakçılar tədqiqat suallarının düzgün formalaşdırılması, metodologiyaların seçilməsi, məlumatların təhlili və hesabatların hazırlanması barədə geniş məlumat əldə etmişlər. Təlimin praktiki bölmələri iştirakçıların tədqiqat işlərinin keyfiyyətini artırmağa yönəlmişdir. Təlim zamanı əldə olunan biliklər və ideyalar Mingəçevir Dövlət Universitetinin elmi tədqiqat sahəsində yeni nailiyyətlər əldə etməsi üçün faydalı olacaqdır. Universitet rəhbərliyi bu kimi tədbirlərin elmi icmanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir və əməkdaşlarının beynəlxalq təlimlərdə iştirakını strateji prioritet kimi görür.
Mingəçevir Dövlət Universitetinin nümayəndəsi Xəzər Universitetində “Tədqiqat Metodları” mövzusunda keçirilən təlimdə iştirak etmişdir
- Запись опубликована:02.12.2024
- Post category:MDU xəbərləri
Digər yazılar

Azərbaycan Maarifçilər Assosiasiyasının bir qrup üzvü Mingəçevir Dövlət Universitetində olub

MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktiki seminar keçirilib

Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edilib

MDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş futzal üzrə çempionat keçirilib

MDU-da “Gələcək üçün bacarıqlar” layihəsində iştirak edən tələbələrlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e., Tədris məsələri üzrə prorektoru Üzeyir Zeynalovun Beynəlxalq Müəllimlər Günü təbriki!

Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində olub
