2024-cü ilin 6 dekabr tarixində Mingəçevir Dövlət Universiteti ilə “BERC&Partners” arasında Universitet-Biznes Əməkdaşlığı layihəsi çərçivəsində memorandum imzalanıb. MDU-da təşkil olunan tədbirdə “BERC Group”un direktoru Ruslan Məmmədov, rəhbərlik etdiyi nümayəndə heyəti, MDU-nun rektor v.m.i.e. Üzeyir Zeynalov və müvafiq struktur rəhbərləri iştirak edib.
Görüşdə Üzeyir Zeynalov MDU-da təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili, məzunların məşğulluğu, startap hərəkatı və digər istiqamətlərdə universitetdə görülmüş işlər və qarşıda duran hədəflərdən danışıb.
Daha sonra “BERC Group”un direktoru Ruslan Məmmədov müasir dünyada innovasiyaların, iqtisadi inkişafın və sosial tərəqqinin təmin edilməsi, nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqlara yiyələnmək yolu ilə əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması üçün Universitet-Biznes əməkdaşlığı zərurətə çevrildiyini bildirib və memorandomun əsas məqsədinin təhsil və tədqiqatı iqtisadi və sosial ehtiyaclara uyğunlaşdırmaqla universitet və biznes sektoru arasında uçurumu aradan qaldırmaq olduğunu qeyd edib.
Mümkün əməkdaşlıq istiqamətləri barədə müzakirələrdən sonra tərəflər arasında memorandumu imzalanıb.