Mingəçevir Dövlət Universitetində “Stresin idarə edilməsi” mövzusunda seminar keçirilib

  • Post category:MDU xəbərləri

24 dekabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyevanın təqdimatında “Stressin idarə edilməsi” mövzusunda seminar təşkil olunub.
Seminarın əsas məqsədi müasir həyatın tələbləri və təzyiqləri ilə effektiv şəkildə mübarizə aparmağın əhəmiyyətini vurğulamaq olub. Tədbir iştirakçılarına stressin düzgün idarə olunmasının sağlamlıq, rifah, iş məhsuldarlığı və şəxsi inkişaf baxımından faydaları haqqında geniş məlumat verilib.
Seminar zamanı həm nəzəri biliklər, həm də praktiki yanaşmalar təqdim olunub, iştirakçılar stressi azaldan üsullar və texnikalar haqqında faydalı tövsiyələr əldə ediblər.
Bu cür maarifləndirici tədbirlər tələbələr və müəllimlər üçün dəyərli təcrübə mənbəyi kimi xidmət edir.