Gənc Alimlər Şurası

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 11 iyul 2024-cü il tarixli iclasının 0103/212/1 nömrəli əmri əsasında Gənc Alimlər Şurası yaradıldı. Şurаnın fəaliyyətinin əsаs məqsədi MDU-da fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir.

Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu,  Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarını, Mingəçevir Dövlət Universitetinin Nizamnaməsini və  Gənc Alimlər Şurasının əsasnaməsini rəhbər tutur.

Gənc Alimlər Şurasının əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:  

MDU-da fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırmaq, elmin müxtəlif istiqamətlərində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, bu sahədə innovativ idealar yaratmaq;

MDU-da təhsil alanların gənclərin elmə axımının  təmin etmək və elmləşmə  prosesinə töhfə vermək;

Elmi və yaradıcılıq sahəsində  islahatların həyata keçirilməsi istiqamətində təhlil və tövsiyələr hazırlamaq.

Şuranın ağağıdakı vəzifələri vardır:

Gənc alimlər arasında elmi müzakirələrin təşkil etmək;

Tədqiqat layihələrinin təşviqi və maliyyələşdirilməsi ilə bağlı təkliflər hazırlanmaq;

Universitetin elmi fəaliyyətinin inkişafına dəstək vermək, gənc alimlərin müxtəlif elmi tədbirlərdə iştirakını təmin etmək;

Elmi nəticələrin geniş auditoriyaya çatdırılması üçün seminarlar, konfranslar və simpoziumlar təşkil etmək;

Gənc alimlərin təcrübə mübadiləsi üçün xarici universitetlərlə əlaqələrin qurulmasına dəstək olmaq;

Hər il universitetin rektoruna və akademik heyətinə fəaliyyətinin hesabatını təqdim etmək;

Təşkil etdiyi elmi tədbirlər, layihələr və əldə olunan nəticələr barədə universitet rəhbrliyinə hesabat vermək.

Şuranın fəaliyyətinə rəhbərliyi MDU rektorunun əmri ilə təyin olunmuş  sədr həyata keçirir. Şuranın sədri Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d.Qədirova Aygün Raqif qızıdır. Elmi katib Humanitar fənlər kafedrasının baş müəllimi, f.ü.f.d. Ağakişiyeva Səadət Arif qızıdır.

 

Üzvlər:

1.Məhərrəmova Vəfa Eldar  qızı-Magistratura və Doktorantura Təhsil Mərkəzinin  müdiri, dosent

2.Mustafayeva  Aidə Mübariz qızı-İnformasiya texnologiyaları kafedrası müdiri, dosent

3.Rəhimov Mehdi Nizami oğlu-Xarici dillər kafedrası müdiri,dosent

4.Qəhrəmanov Səbuhi Əbdül oğlu-Tədris şöbəsinin Müdir müavini,dosent

5.Mustafayeva Vüsalə Sahib qızı-Fizika və ekologiya kafedrasının baş müəllimi, b.ü.f.d.

6.Cabbarova Könül Hidayət qızı-Pedaqogika və psixologiya kafedrasının baş müəllimi,p.ü.f.d.

7.Babazadə Ayna Çingiz qızı-Humanitar fənlər kafedrasının baş müəllimi, f.ü.f.d

8.Hüseynova Pərvin Ağabala qızı -Humanitar fənlər kafedrasının baş müəllimi, f.ü.f.d

9.Əsgərov Hüseyn Vilayət oğlu-Humanitar fənlər kafedrasının baş müəllimi, h.ü.f.d.

10.Orucova Aygün Aydın qızı-Fizika və Ekologiya kafedrasının baş müəllimi, f.ü.f.d.

11.Abdullayeva Xəyalə Rəmiyəddin qızı-Xarici dillər kafedrasının baş müəllimi.x.ü.f.d.