You are currently viewing Mingəçevir Dövlət Universitetinin adı kibertəhlükəsizlik sahəsində Webometrics reytinqində yer alıb

Mingəçevir Dövlət Universitetinin adı kibertəhlükəsizlik sahəsində Webometrics reytinqində yer alıb

Mingəçevir Dövlət Universiteti kibertəhlükəsizlik sahəsindəki möhtəşəm uğurunu 27 yanvar 2025-ci ildə əldə edib, Webometrics reytinqində ölkə üzrə 35 universitet arasında 20-ci yeri tutub. Bu nailiyyət universitetin kibertəhlükəsizlik sahəsindəki geniş miqyaslı elmi və tədris fəaliyyətlərinin birbaşa nəticəsidir. Universitetimiz bu sahədə 40-dan çox elmi tədqiqat apararaq beynəlxalq miqyasda nüfuz qazanıb. CTF (Capture The Flag) yarışlarının təşkili, TryHackMe və digər məşhur təhlükəsizlik platformalarındakı fəallıq da bu uğurun əldə edilməsində böyük rol oynayıb. 2024-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyilə AKTA tərəfindən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi icrası məqsədilə İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva “Şəbəkə təhlükəsizliyi” (https://lectures.ozunoyren.com/) adlı dərs vəsaiti hazırlamışdır. Bu dərs vəsaitin və digər tədqiqat materiallarının geniş auditoriya üçün əlçatanlığının təmin olunması, tələbələrin və akademik heyətin bu sahədəki inkişafını daha da sürətləndirib. Bu fəaliyyətlər, universitetimizin kibertəhlükəsizlik üzrə beynəlxalq səviyyədə tanınmasını və elmi işlərinin əlçatanlığını artırır. Mingəçevir Dövlət Universiteti gələcəkdə kibertəhlükəsizlik sahəsində daha böyük uğurlar əldə edəcək və öz mövqeyini beynəlxalq aləmdə daha da möhkəmləndirəcək. Bu uğur, həmçinin universitetin kollektivinin gücünü və əməkdaşlığını nümayiş etdirir.

Webometrics  Reytinqin linki: https://webometrics.info/en