4-15 Fevral 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Kafedrasının təşkilatçılığı ilə “Akademik Heyət üçün Rəqəmsal Bacarıqlar və İKT-nin Təhsildə Tətbiqi” mövzusunda 2 günlük təlim keçirildi. Təlim Mingəçevir Dövlət Universitetinin akademik heyəti üçün tədrisin keyfiyyətini artırmaq məqsədilə təşkil olunmuşdur. Təlim zamanı MS Word, MS Excel və MS PowerPoint proqramları ilə işləmə bacarıqları və tədrisdə proyektor və interaktiv lövhənin istifadəsi barədə geniş məlumat verildi. Təlimin keçirilməsi ilə akademik heyətə müxtəlif proqram təminatları və avadanlıqların təhsildə necə effektiv istifadə olunacağı barədə məlumat verildi. Təlimin tədrisin səmərəliliyini artırmağa və müəllimlərin rəqəmsal bacarıqlarını inkişaf etdirməyə yönəldiyi vurğulanmışdır. Təlimçilər: E.O. Xəlilov və Ş.S. Nəsirova olmuşdur.

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Akademik heyət üçün rəqəmsal bacarıqlar və İKT-nin təhsildə tətbiqi” mövzusunda təlim keçiriıib
- Запись опубликована:15.02.2019
- Post category:MDU xəbərləri
Digər yazılar

Rektor Beynəlxalq Universitetlər Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edib (“Azərbaycan müəllimi” qəzeti)

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələrinə “Özünü kəşf et” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ilə maarifləndirici görüş keçirilib

Mingəçevir Dövlət Universitetində Məzun Günü keçirilib

Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır

Mingəçevir Dövlət Universiteti regionda təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir

Mingəçevir şəhərinin 75 illiyi münasibətilə MDU-da silsilə görüşlər keçirilib
