You are currently viewing Mingəçevir Dövlət Universiteti əməkdaşlarından kompleks analiz sahəsində yeni dərs vəsaiti

Mingəçevir Dövlət Universiteti əməkdaşlarından kompleks analiz sahəsində yeni dərs vəsaiti

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrasının əməkdaşları dosent R.F.Babayev, müəllim T.S.Orucov və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru A.T.Orucovanın birgə əməkdaşlığı nəticəsində “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən məsələ və misallar” adlı yeni dərs vəsaiti hazırlanaraq nəşr olunmuşdur.

Nəzəri və tətbiqi əhəmiyyətə malik bu vəsait kompleks analiz sahəsində həm tədris, həm də tədqiqat üçün mühüm mənbə olmaqla, tələbələr və elmi auditoriya üçün dəyərli bilik resursudur.

Dərs vəsaiti ali məktəblərin riyaziyyat ixtisası üzrə təhsil alan tələbələri, magistrantlar və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.