Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbədənkənar iclası keçirilib

  • Post category:MDU xəbərləri

2025-ci il 15 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib. MDU-nun rektoru Anar Eminov iclasın gündəliyindəki məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda gündəlikdə duran məsələlər müzakirə olunub. MDU-da ali təhsilin bakalavriat və magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılan ixtisasların (ixtisaslaşmaların) tədris planlarının hazırlanmasına əmək bazarının (sənaye) nümayəndələrinin cəlb olunması haqqında təklif Şura üzvləri tərəfindən qəbul edilib. Ali təhsilin bakalavriat səviyyəsi üzrə tələbə qəbulu aparılan ixtisasların tədris planlarında dəyişiklik edilməsi ilə bağlı təqdim olunan məsələ isə yenidən baxılmaq üçün geri qaytarılıb. Magistratura səviyyəsində tələbə qəbulu aparılan ixtisasların (ixtisaslaşmaların) tədris planlarının hazırlanması məqsədilə İşçi qrupun yaradılması və “Professor-müəllim heyətinin tədris işi vaxt norması”nın müəyyən edilməsi ilə bağlı təkliflər Elmi Şura üzvləri tərəfindən müsbət qarşılanaraq qəbul olunub.

İclas cari məsələlərə baxılmaqla davam edib. Cari məsələlərdə rektor A.Eminov maddi yardımların ödənilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb və Elmi Şura üzvləri tərəfindən qəbul edilib.