Mingəçevir Dövlət Universitetinin iki tələbəsi “Qızların təhsilinə dəstək” layihəsindən məzun olub

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin iki tələbəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsinin məzunları sırasında yer alıb.

Universitetin İ22.1 qrupunun tələbələri Aysun Nəsirova və Tünzalə Süleymanlı layihəni uğurla başa vuraraq məzun adını qazanıblar.

Layihənin II Məzun Günü iyunun 24-də keçirilib. Tədbirdə layihə iştirakçıları təbrik olunub, onların təhsil və gələcək inkişaf imkanlarının dəstəklənməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Qızların təhsilinə dəstək” layihəsi qızların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, onların şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi məqsədilə həyata keçirilir. MDU tələbələrinin bu layihədə iştirakı universitetin qızların təhsili, sosial inkişafı və bərabər imkanlar istiqamətində həyata keçirilən təşəbbüslərə verdiyi dəstəyin göstəricisidir.

Mingəçevir Dövlət Universiteti olaraq tələbələrimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.