ASC “Standard İnsurance” Sığorta Şirkəti sığorta sahəsində
maarifləndirmə tədbirlərini davam etdirir
ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü olan “Karyerada ilk addımlar” adlı tələbə təcrübə layihəsi Mingəçevir Dövlət Universitetinin təşkilatçılğı ilə baş tutmuşdur.
İlk olaraq Mingəçevir Dövlət Universitetinin Karyera Mərkəzinin direktoru Üzeyir Zeynalov qonaqlara universietet rəhbərliyinin salamlarını çatdırdı və tədbirin fəaliyyətinə uğurlar arzu etdi. Sonra Üzeyir Zeynalov tələbələrə tədbirin məqsəd və məramı barədə ətraflı məlumat verdi.
ASC “Standard İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxov tələbələrə sığorta sahəsi kimi perspektivli bir sahədə gələcək karyeralarını uğurla başlaya biləcəklərindən danışdı. A.Sadıxov sığorta sahəsində olan inkişaf barəsində tələbələrə geniş məlumat verdi, sığorta bazarında yeni nəsil sığortaçılara, savadlı sığorta vasitəçilərinə ciddi ehtiyac olduğunu xüsusilə qeyd etdi və bu istiqamətdə aidiyyatı qurumların da atdığı müsbət addımlardan danışdı.
Şirkətin İnzibati İdarəetmə Departamentinin rəhbəri Rövşən Bayramov Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA) təşkilatçılığı ilə sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması məqsədilə “Yol xəritəsi”nin hazırlanmasına dair işlərə başlanıldığını qeyd etdi. Həmçinin bildirdi ki, son dövrlər mətbuatda sığorta sahəsi üzrə peşəkarların, aparıcı ekspertlərin çıxışlarına istinadən hazırda sığorta fəaliyyəti üçün lisenziya tələb olunsa da, əksər hallarda xüsusilə bölgələrdə sığorta məhsulları lisenziya malik olmayan və sığorta agentlərinin subagenti kimi fəaliyyət göstərən şəxslər tərəfindən satılır. Bununla yanaşı, bölgələrdə sığorta agentləri az olduğuna görə, sığorta satışlarının da əsas hissəsi belə subagentlər tərəfindən həyata keçirildiyini bildirdi.
Şirkətin İnsan Resursları şöbəsinin rəisi Rəşid Qafarov, Şirkətin Mingəçevir Nümayəndəliyinin rəhbəri Mübariz Novruzov, Şirkətin Şəki Nümayəndəliyinin rəhbəri Zaur Məmmədov, Şirkətin Yevlax Nümayəndəliyinin rəhbəri Qalib Qurbanov, universitetinin Karyera Mərkəzinin mütəxəssisi Nuran Cəfərov, “SER” Sığorta Agentliyinin rəhbəri Elmar Sadıxov hazırkı vəziyyətdə sırf sığorta mütəxəssislərinin çatışmazlığı prizmasından çıxış edərək universitetlərdə, orta ixtisas və peşə liseylərində müvafiq ixtisaslara geniş yer verilməsinə ehtiyac olduğunu, bu istiqamətddə geniş maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirdilər. Bu məsələnin aidiyyatı qurumlar qarşısında qaldırılması təşəbbüsünün irəli sürüləcəyi xüsusi qeyd edildi. Şirkətin belə tədbirlərin təşkil edilməsində əsas məqsədi sığorta bazarının inkişafına, bu sahə haqqında geniş marifləndirmənin aparılmasına dəstək olmaqdır. ASC Standard İnsurance Sığorta Şirkəti olaraq bildirildi ki, bu təşəbbüsə digər sığorta şirkətlərinin də qoşulması, qeyd olunan təşəbbüsə dəstək olaraq bu istiqamətdə əməkdaşlıq etmələri çox müsbət və sevindirici olardı. Tədbir iştirakçıları, tələbələr gələcəkdə bu formatda tədbirlərdə yalnız bir deyil, bir neçə sığorta şirkət əməkdaşının iştirak etməsinə ümüdlü olduqlarını bildirdilər. Ümumiyyətlə, tələbə təcrübə proqramı çərçivəsində “Standard İnsurance” Sıgorta Şirkətinin təşəbbüsü ilə bu formatda görüşlərin mütəmadi xarakter daşıyacağı, qarşıda oxşar tədbirlərin planlaşdırıldığı qeyd edili.
Sonra tələbələrə ASC “Standard İnsurance” Sığorta Şirkətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olundu.
Tədbir tələbələr tərəfindən maraqla qarşılandı və onları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.
Qeyd edək ki, universitet rəhbərliyinin, ASC “Standard İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədrinin, departament və şöbə rəhbərlərinin iştirak etdiyi bu tədbir digər universitetlərdə olduğu kimi interaktiv və məhsuldarlığı ilə seçilmişdir.
{phocagallery view=category|categoryid=119|limitstart=0|limitcount=0}