MDU-da təhsildə saxtakarlığa qarşı mübarizə ilə növbəti maarifləndirmə tədbiri keçirilib

  • Post category:MDU xəbərləri

23 İyun 2023-cü il tarixində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində struktur bölmə rəhbərləri və əməkdaşların iştirakı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru və Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən göndərilən Avropa Şurası Nazirlər Komitəsi 13 iyul 2022-ci il tarixli Təhsildə saxtakarlığa qarşı mübarizəyə dair 18 nömrəli Tövsiyyə Sənədinin (CM-2022) müzakirəsi ilə əlaqədar görüş kecirildi. Görüşü çıxış sözü ilə açan Tədris Şöbəsinin müdiri f.f.d. Üzeyir Zeynalov qeyd etdi ki, sözügedən sənəd Tədris Şöbəsinə ingilis dilində daxil olmuş, əməkdaşlarımız tərəfindən tərcümə olunaraq struktur bölmə rəhbərlərinə çatdırılmışdır. Sənədlə tanışlıqdan sonra orada qeyd olunan məsələlərlə bağlı mərhələli şəkildə tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuş və bugünkü görüş də təhsildə saxtakarlıq hallarının qarşısının alınmasına həsr edilmişdir. O, “Tövsiyə sənədinə Əlavələr”-in 3-cü bəndində – Maarifləndirmə və məlumatlandırma böləsində nəzərdə tutulan və həyata keçirilməsi tövsiyyə edilən məsələləri iclas iştirakçılarının nəzərinə çatdıraraq bildirdi ki, sənəddə də qeyd olunduğu kimi, Avropa Şurasının Təhsildə Etika, Şəffaflıq və Dürüstlük Platforması (ETINED) prinsiplərinin bütün təhsil müəssisələri və bütün təhsillə bağlı maraqlı tərəflər tərəfindən ardıcıl şəkildə təbliğ edilməsini və təhsil sistemlərinin rəsmi statusundan asılı olmayaraq milli təhsil

sistemləri əsasında bütün qurumlar üçün eyni keyfiyyət və etika standartlarının müəyyən edilməsini təmin etməlidirlər.

Fakültə dekanı İ.f.d. dosent Nuşabə Qədimli çıxış edərək bildirdi ki, Maarifləndirmə və məlumatlandırma bölməsində nəzərdə tutulan əsas məsələlərdən biri ictimaiyyətə təhsil saxtakarlığının qarşısının alınması haqqında məlumat vermək və maarifləndirmək üçün müvafiq tədbirlər görməkdən ibarətdir. Ancaq bu halda ictiamiyyəti təhsil saxtakarlığından qorumaq mümkündür. Bu sahədə regionda ali təhsil müəssisəsinin əməkdaşları olaraq tərəfimizdən məsələyə ciddi yanaşılmalı və ictimaiyyətə davamlı məlumat verilməlidir. Təhsildə maraqlı tərəflərin mütəmadi maariflənməsi və görülən tədbirlər haqqında məlumataldırılması üçün Mingəçevir Dövlət Universitetində sözügedən məsələ ilə bağlı keçirilən bütün tədbirlər haqqında Kütləvi informasiya Vasitələrində tərəfimizdən rəsmi informasiyaların yerləşdirilməsi nəzərdə tutulmuşdur və bu sahədə işlər görülməkdədir.

İqtisadiyyat kafedrasının müdiri əvəzi b/m Arif Tağıyev, və Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri dosent Emiliya Hüseynova çıxış edərək bildirdilər ki, məsələ ilə bağlı kafedraların tərkibinə daxil olan həm professor-müəllim heyəti, həm də inzibati əməkdaşlar arasında görüşlər keçirilmiş, onların maariflənməsi üçün Tövsiyə Sənədi və ona aid olan Əlavə tərcümə olunmuş nüsxələri hər bir bölmə əməkdaşına əvvəlcədən çatdırılmış, müzakirələr təşkil edilərək fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, təhsil alanlara bərabər təhsil imkanları yaratmaq və keyfiyyətli təhsillə təmin etməyin əsas şərtlərindən biri onları təhsil saxtakarlağından – təhsil fırıldaqçılarından qorumaqdır. Belə ki, müasir dövrdə təhsil saxtakarlığı faktları coxalmışdır. Buraya saxta atestatlar, saxta diplomlar, elmi-tədqiqat işləri adı altında plagiat əsərlər, hətta qeydiyyatdan keçdiyi halda belə akkreditasiyadan keçməyərək fəaliyyət göstərən saxta təhsil müəssisələri və s. daxildir. Çıxışlarda vurğulanmışdır ki, cəmiyyətin maariflnməsinə təhsil sektorunda çalışan hər bir vicdanlı əməkdaş öz vəzifə borcu kimi yanaşmalı, saxtakarlığa qarşı mübarizədə diqqətli olmalı və belə hallarla rastlaşdıqda müvafiq strukturlara xəbər verməlidirlər. Eyni zamanda vurğulandı ki, əməkdaşlar bu kimi hallar haqqında əlavə məlumat almaq üçün, geniş səpkili maariflənmə işləri aparmaq üçün universitetin müvafiq struktur bölmələrinə – Tədris Şöbəsinə, dekanlıqlara və kafedralara müraciət edə bilərlər.