Müasir təhsil, doğru seçim, uğurlu karyera

Yeni brendimiz

Mingəçevir Dövlət Universitetinin (MDU) imicinin və nüfuzunun modernləşdirilməsi məqsədilə rebrendinq həyata keçirilib və universitetin yeni korporativ stili təsdiq olunub. Korporativ stildə MDU-nun yeni loqosu, rənglər, bədii tərtibat, brendin ümumi ideoloji məzmunu və digər elementlər öz əksini tapıb.

Loqo şərti olaraq universitetin yerləşdiyi şəhərin – Mingəçevirin baş hərfini əks etdirir. Bununla yanaşı, loqo elm və bilik mənbəyi olan kitaba bənzəyir və universitetin uğurlu gələcəyə açılan qapı olduğunu əks etdirir.

Yeni korporativ stildə universitetin rəngləri sarı və mavi rəng seçilib. Sarı rəng enerji rəmzi olan Günəşi, mavi rəng isə Kür çayını bildirir.

Logo1
Loqo2