Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi
Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 23.12.2021-ci il tarixli, 31 nömrəli qərarı və MDU-nun rektorunun 24.12.2021-ci il tarixli, 314 nömrəli əmri ilə yaradılmışdır.
Mərkəz MDU-da elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi məhsullarının dərc edilməsi, onların mübadiləsi və reallaşdırılması, innovativ xarakterli elmi fəaliyyətə, habelə təhsil, texnologiya, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi, bu sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi istiqamətlərində MDU-nun məqsəd və vəzifələrini həyata keçirən struktur bölmədir.
Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən MDU-nun strukturuna daxil olan qurumlarla, həmçinin dövlət və yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
– MDU-ya məxsus rəsmi elmi nəşrlərin mütəmadi dərc edilməsi məqsədilə elmi fəaliyyətin nəticələrinin öyrənilməsi və sistemləşdirilməsi;
– Perspektiv vəd edən elmi fəaliyyətin nəticə və məhsullarının mübadiləsi və reallaşdırılması imkanlarının proqnozlaşdırılması və idarə olunması;
– Elmi, elmi-texniki fəaliyyətə, habelə təhsil, texnologiya, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək mexanizmlərinin işlənib hazırlanması və bu mexanizmlərin işləkliyinin təmin edilməsi;
– Regionlarda innovativ xarakterli elmi fəaliyyətin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi və digər tədbirlərin görülməsi.
Mərkəzin direktoru
Məmmədov Asim Şəfayət oğlu – Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.
02 aprel 1975-ci il tarixində Şəki rayonu Kiş kəndində anadan olmuşdur. 1992-ci ildə Şəki rayonu Kiş kənd orta məktəbini bitirmiş və dövlət xətti ilə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Qazi Universitetinə qəbul olunmuş, 1998-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. 1999-2001-ci illərdə dövlət xətti ilə Ankara Universiteti Sosial Elmlər İnstitutunda magistratura, 2002-2009-cu illərdə isə doktorantura pilləsi üzrə ali təhsilini yekunlaşdırmış və “Siyasi elmlər üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi almağa haqq qazanmışdır.
Əmək fəaliyyətinə 2011-ci ildə Gəncə Dövlət Universiteti Sosial fənlər kafedrasında başlamış və 2018-ci ildən ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “dosent” adını almışdır. 2016-2022-ci illərdə Gəncə Dövlət Universiteti Sosial fənlər kafedrasının müdiri vəzifəsini icra etmişdir.
2022-ci ildən əmək fəaliyyətinə Mingəçevir Dövlət Universitetində davam edir. 2022-2023-cü tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsində dekan müavini olaraq fəaliyyət göstərmişdir. 2023-cü ilin oktyabr ayından etibarən isə Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin direktorudur.
2018-ci ildən Gəncə Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktorantıdır. Hazırda “Siyasi nəzəriyyə” elmi istiqamətində doktorluq dissertasiyasının üzərində işləyir.
Türkiyə Respublikasında 2 monoqrafiyası çap olunmuşdur. Bundan əlavə 1 dərs vəsaiti və 50-a yaxın elmi tədqiqat, tədris-metodik işin müəllifidir.
Ailəlidir, iki övladı var.
Tel: 0994 51 746 15 75
e-mail: asim.mammadov@mdu.edu.az