ELAN – Tələbələrin nəzərinə

  • Post category:Xəbərlər (AZ)

ELAN

Tələbələrin nəzərinə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.

2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət tərəfındən ödənilməsi həyata keçirilən tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xarcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

http://e-telebe.edu.az  elektron portalı vasitəsi ilə tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə iyun ayının 7-dək aktiv olacaqdır.

        Qeyd: Qərar qiyabi, təkrar ali və normativ müddətdən yuxarı kurslarda təhsil alanlara şamil edilmir.