Mingəçevir Dövlət Universitetinin (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi (DİRİTM) və Mingəçevir şəhəri üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərlə görüş” layihəsi uğurla davam etdirilir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən layihə istiqamətində Mingəçevir şəhər 20 saylı tam orta məktəbin bir qrup şagirdi MDU-da olub. MDU-nun Fizika və ekologiya kafedrasının təşəbbüsü ilə təşkil olunan görüşdə məktəblilərə burada fəaliyyət göstərən Geolab və Kimya laboratoriyalarında əyani təcrübələri izləmək imkanı yaradılıb. MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova laboratoriyalar və avadanlıqlar barədə şagirdlərə geniş məlumat verib.
MDU-nun Fizika və ekologiya kafedrasının gənc müəllimləri Aytac Cavadova və Lalə Rəsulovanın rəhbərliyi ilə məktəblilərin təcrübə proseslərində iştirakı təmin edilib. Görüş şagirdlər tərəfindən maraqla qarşılanıb, onların maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif formatlı tədbirlər keçirilir.