Ölkə başçısı cənab İlham Əliyevin çevik və şəffaf iqtisadi idarəetmə modeli Azərbaycanı regionun lider ölkəsinə çevirmişdir
Obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti,valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Bu mənada Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcədə milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir.
Yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülmüşdür. Ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılmış, habelə müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılmışdır.
Müştəri məmnuniyyəti dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.
Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxarır və bu da ölkələr arasındakı dostluğu daha da sarsılmaz edir. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.
İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir. İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir.
Cari ilin 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş Nazirliyin yeni binasının açılışı dolayısı ilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir.
Ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz pandemiya dövründə iqtisadi uğurlarını bir daha artırmışdır. Ölkəmizin postpandemiya dövründə əvvəlki iqtisadi uğurlarını bərpa edə biləcəkdir.
Prezident İlham Əliyevin bölgələrə səfərləri, müxtəlif təyinatlı sənaye obyektlərinin açılşı insanların işsizlik probleminin həllinə, iqtisadiyyatın davamlı inkişafına xidmət edir.
Ölkə başçısının ötən ilin iyun ayında Mingəçevir şəhərinə səfəri zamanı Azərbaycan İES-in yenidən qurulmasından sonra açılışını etməsi həm şəhərimizin iqtisadi potensialının artırılmasına həmdə bütövlükdə Azərbaycan iqtisadiyyatının yeni dövr üçün inkişafına xidmet edir.
Azərbaycanda sevindirici hal odurki artıq COVİD xəstələrinin sayı azalır, sağalanların və vaksin vurduranların sayı günbəgün artır. Bu da onu deməyə əsas verir ki, ölkəmiz postpandemiya dövründə daha sürətli inkişafını təmin edə biləcəkdir.
Nüşabə Qədimli,
İqtisadi üzrə fəlsəfə doktoru, dosent