Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizilyi Günü” münasibətilə “Yaşıl dünya və kiber gələcək: innovasiya və təhlükəsizlik” mövzusunda IV tələbə elmi-praktik konfransı yekunlaşıb

  • Post category:MDU xəbərləri

2024-cü ilin 3 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Biznes Universitetinin birgə təşklatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizilyi Günü” münasibətilə “Yaşıl dünya və kiber gələcək: innovasiya və təhlükəsizlik” mövzusunda onlayn şəklində IV tələbə elmi-praktik konfransın ikinci günü təşkil olunub.

Konfransda Qazi Universiteti Texnologiya Fakültəsi Kompüter Mühəndisliyi Bölüm Başkan yardımcısı Dos. Dr. İbrahim Alper Doğru “Mobil Kötücül yazılım tespiti”, Bakı Biznes Universiteti, İnformasiya texnologiyaları kafedrasının müəllimi Cavad Hüseynli “Kibertəhlükəsizlik sahəsində server tərəfindən boşluqların analizi (XSS)”, Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları kafedrasının müəllimi Elvin Muradzadə “İnformasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsində beynəlxalq təcrübə və onun azərbaycanda tətbiqi”, Azərbaycan Texniki Universiteti, Kibertəhlükəsizlik kafedrasının doktorantı Nicat Əhmədli “Süni intellekt dəstəkli yeni nəsil SIEM sistemləri”, Qazi Universiteti Böyük Məlumat və Süni İntellekt Mərkəzi Müdir müavini Prof Dos. Dr. Murat Dörterler “Bulut Bilişimde Güvenlik”, Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları kafedrasının müəllimi Nərmin Əhmədova “Sənaye sektorundə təhlükəsizlik mexanizmləri”, Azərbaycan Texniki Universiteti, Kibertəhlükəsizlik kafedrasının müəllimi Aynur Məhərrəmova “Bulud təhlükəsizliyində yeni tendensiyaların analizi”, Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları kafedrasının müəlimi Məhsəti Əliyeva “İnformasiya və kibertəhlükəsizlikdə sosial mühəndislik”, Qazi Universiteti Texnologiya Fakültəsi Kompüter Mühəndisliyi Bölümü Müəllim Prof Dos. Dr. Hüseyin Polat “Kritik alt yapılarda yapay zekanın güvenli ve emniyetli kullanımı” mövzularında çıxış ediblər və  informasiya təhlükəsizliyinin aktuallığından, bu sahədə müasir tələblərə uyğun mütəxəssislərə ehtiyacın artmasından və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələlərindən bəhs edilib, konfransın önəmi vurğulanıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan konfrans məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.