2024-cü il 4 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera inkişafı şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən həyata keçirilən “Milli Karyera Həftəsi” layihəsi çərçivəsində təlim keçirilib. Təlimi giriş sözü ilə açan MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov qonaqları salamlayaraq, təlimin işinə uğurlar arzulayıb. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərov “Liderlik və komanda idarəetməsi”, Karyera planlaması şöbəsinin əməkdaşı, fərdi inkişaf mentoru Sura Əzizli “Motivasiya yoxsa disiplin” mövzularında təqdimatla çıxış ediblər.
Təlim zamanı tələbələrə mentorluq proqramı, proqramın əhəmiyyəti və gənclərə verdiyi dəstək barədə ətraflı məlumat verilib.
Toğrul Ələkbərov mentorluğun karyera yolunda yaratdığı imkanlardan danışaraq, şəxsi təcrübələrini bölüşüb. Təlim tələbələrin mentorluq proqramı ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.