Mingəçevir Dövlət Universitetində Monitorinq Qrupunun növbəti görüşü keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü il 27 dekabr tarixində Mingəçevir Dövlət Universitetində rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor cənab Üzeyir Zeynalovun 06.12.2024-cü il tarixli , 01-02/518 nömrəli əmri ilə  tədrisin keyfiyyətinin mövcud vəziyyətinin öyrənilməsi və akkreditasiyaya hazırlıq məqsədilə yeni tərkibdə təsdiq olunmuş Monitorinq Qrupunun növbəti görüşü keçirilib.
Görüşdə Monitorinq Qrupunun sədri Namaz Manafov və qrupun digər üzvləri iştirak edib. Görüşün əsas məqsədi 2024-2025-ci tədris ilinin payız imtahan sessiyasının şəffaf, obyektiv və ədalətli şəkildə keçirilməsini təmin etmək olub.
Monitorinq Qrupunun sədri Namaz Manafov görüş zamanı iştirakçılara monitorinqin məqsədi, təşkili və keçirilməsi metodologiyası, imtahanlara hazırlıq mərhələsinin izlənilməsi, həmçinin imtahan prosesi zamanı qrup üzvlərinin qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Görüş zamanı qrup üzvləri arasında mövzu ilə bağlı maraqlı müzakirələr aparılıb və müxtəlif təkliflər səsləndirilib.
Mingəçevir Dövlət Universiteti, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı addımlar ataraq, şəffaf və obyektiv imtahan mühitinin təmin olunmasına xüsusi önəm verir.