Mingəçevir Dövlət Universitetində məlumatlandırıcı görüş keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişiaf Mərkəzi (KİM) və Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Mingəçevir nümayəndəliyinin birgə təşkilatçılığı ilə tələbə gənclər üçün “İntellektsən” adlı maarifləndirici görüş keçirilib.

Görüşdə GİKM Mingəçevir nümayəndəliyinin rəhbəri Vüsal Mahmudov çıxış edib.

GİKM-in fəaliyyətindən bəhs edən V.Mahmudov Mərkəzdə tələbələrin hərtərəfli inkişafı üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.

Gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən tədbirlərin keçirilməsinin başlıca fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən V.Mahmudov bu məqsədlə Mərkəzdə bir neçə klubun yaradıldığını diqqətə çatdırıb.

İntellektual oyunların fərdi inkişaf üçün faydalarından danışan V.Mahmudov gəncləri şəhərdə təşkil olunan müxtəlif formatlı intellektual yarışlarda fəal olmağı tövsiyə edib.

Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlar əldə etməsinə hədəflənən müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.