Mingəçevir Dövlət Universitetində “Pedaqoji kadrların peşəkar inkişafı” layihəsinə start verilib
30 Oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və “T-Network” – təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının birgə təşkilatçılığı ilə “Pedaqoji kadrların peşəkar inkişafı” layihəsinə start verilib.
“ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən layihənin açılşında çıxış edən MDU-nun dekan müavini Cəlil Bağırov layihənin məzmunu, əsas məqsədləri, təlim modulları və təlimçilər haqqında ətraflı məlumat verib və layihənin işinə uğurlar arzulayıb.
Sonra, layihə çərçivəsində ilk təlimlərə başlanılıb. Təlimlərdə MDU-nun akademik və inzibati heyət üzvləri iştirak ediblər. Təlimçi, “T-Network”-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi, təhsil kouçu Qoşqar Məhərrəmov “Dərsin Planlaşdırılması” və “Müasir Təlim Strategiyaları” mövzularında təqdimatlarla çıxış edib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bildirilib ki, bütün təlim modullarına qoşulan iştirakçılar layihənin sonunda müvafiq sertifikat əldə edəcəklər.
Qeyd edək ki, kadr potensialının hərtərəfli inkişafını və keyfiyyətli ali təhsil xidmətlərinin göstərilməsini diqqət mərkəzində saxlayan MDU-da akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılmasına xidmət edən bu tipli fəaliyyətlərə xüsusi önəm verilir.
{phocagallery view=category|categoryid=734|limitstart=0|limitcount=0}