Mingəçevir Dövlət Universitetinin aparıcı mütəxəssisləri tərəfindən
“Azərbaycan iqtisadiyyatı” adlı dərs vəsaiti nəşr olunub
Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri, dosent, iqtisad üzrə fəlsəfə doktoru Cəmilə Musayevanın və kafedranın baş müəllimi Arif Tağıyevin müəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” adlı dərs vəsaiti nəşr olunub. Dərs vəsaiti Azərbaycan Respublikası təhsil Nazirliyinin 1108 nömrəli 08.12.2015-ci il tarixli “Tədris vəsaitlərinə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin tənzimlənməsi barədə” əmrinə müvafiq olaraq Mingəçevir Dövlət Universiteti Elmi Şurasının 04 aprel 2018-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmişdir.
“Azərbaycan iqtisadiyyatı” adlı dərs vəsaiti iqtisad yönümlü ixtisaslarda tədris olunan, ixtisas-peşə hazırlığı fənləri bölümünə daxil olan “Azərbaycan iqtisadiyyatı”, “Milli iqtisadiyyatın inkişafının tənzimlənməsi”, “İqtisadiyyatın tənzimlənməsi”, “Dövlətin iqtisadi siyasəti” və digər müvafiq fənlərin öyrənilməsi və mənimsənilməsi üçün tələbələrə köməklik məqsədi ilə hazırlanmışdır. Dərs vəsaitinə daxil edilmiş mövzular və əlavələr, əsasən “Azərbaycan iqtisadiyyatı” fənninin proqramına və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq Dövlət Standartlarının tələblərinə uyğun hazırlanmışdır. Tələbələrin fənni daha yaxşı mənimsəməsi üçün mövzular sadə dildə yazılmış, məzmununa və məqsədi ətraflı izah olunmuş, dövlətin ən prioritet məqsədlərinin – ölkənin kompleks sosial-iqtisadi inkişafının müasir durumu, onun strateji inkişaf istiqamətləri və dünya iqtisadiyyatına inteqrasiyasının prioritetləri, məqsədlərin reallaşdırılması və tənzimlənməsi prinsipləri, forma və metodları, alət və mexanizmləri haqqında məlumatlarla əhatə olunmuşdur. Dərs vəsaitinə daxil edilmiş proqnozlaşdırma metodları və sosial-iqtisadi təhlillər, ölkənin makroiqtisadi göstəricilərini əks etdirən çoxlu sayda cədvəllər, diaqram və qrafiklər tələbələrdə infoqrafikalar əsasında statistik məlumatlarla işləmə bacarığını formalaşdırmaq, analitik təhlilə meyl yaratmaq məqsədi daşıyır və bu sahədə informasiya kommunikasiya texnologiyaların imkanlarından istifadə yollarını öyrədir.
Dərs vəsaiti ali məktəblərin bakalavr təhsil səviyyəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitindən, həmçinin magistratura səviyyəsi üzrə təhsil alan magistrantlar, iqtisadiyyat və idarəetmə sahəsində çalışanlar da istifadə edə bilərlər.
“Azərbaycan iqtisadiyyatı” adlı dərs vəsaitinin elmi redaktoru Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının professoru, iqtisad elmləri doktoru Veysəl Əyyubov, rəyçilər Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə” kafedrasının müdiri, professor, iqtisad elmləri doktoru Fizuli Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar sahənin iqtisadiyyatı” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Asəf Məhərrəmov, AMEA İqtisadiyyat İnstitutunun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsal problemləri” şöbəsinin aparıcı elmi işçisi, dosent, iqtisad üzrə fəlsəfə doktoru Fərqanə Musayeva, AMEA İqtisadiyyat İnstitutunun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsal problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Samirə Əhmədova, Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent, iqtisad üzrə fəlsəfə doktoru Emiliya Hüseynova, Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Fərman İsgəndərov olmuşdur.
Qeyd edək ki, “Avropa” nəşriyyatında çapdan çıxan və 432 səhifədən ibarət olan dərs vəsaiti şərqdə ilk demokratik müsəlman dövləti olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmişdir.
{phocagallery view=category|categoryid=52|limitstart=0|limitcount=0}