2023-cü ilin mayın 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyasında iştirak ediblər.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında keçirilən aksiyada MDU-dan ümumilikdə 40-a yaxın şəxs təmsil olunub. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib.
Qeyd edək ki, sözügedən aksiya qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunub.