Özündə humanist dəyərləri, ali insani hissləri daşıyan, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzinə çevrilən Müqəddəs Qurban bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin kollektivini, tələbələrini və magistrantlarını ürəkdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq.
Tam ərazi bütövlüyü şəraitində Qurban bayramını qeyd etmək hər birimizdə qürur hissi yaradır. Bu qürur və Zəfər duyğularını bizə yaşadan Şəhidlərimizi ehtiramla yad edir, Qazilərimizə şəfa diləyir, Müzəffər ordumuz və Ali Baş Komandanımızla fəxr edirik!
Hər birinizi təbrik edir, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayırıq!
Qurban bayramınız mübarək olsun!
Üzeyir Zeynalov
Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor