Debatçılar qüvvələrini sınadılar uğurlu nəticə əldə etdilər

  • Рубрика записиXəbərlər (AZ)

Debatçılar qüvvələrini sınadılar uğurlu nəticə əldə etdilər

Regional Debat Mərkəzinin həyata keçirmiş olduğu “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız-2018”-də Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm Kollecinin və Mingəçevir Tibb Kollecinin komandaları güclərini sınayıblar. Forumun gedişində öz mövqeyini ustalıqla qoruyan Mingəçevir Dövlət Universitetinin “Qarabağ” komandası Forumun qalibi olub. Qalib komanda kubok, komandanın spikerləri isə sertifikat və medallarla təltif olunublar. Nəticədə “Qarabağ” komandası “Respublika Gənclərin Debat Forumu: Payız-2018”-ə vəsiqə qazanıb.

2 dekabr 2018-ci il tarixində Bakı şəhərində baş tutan Forumda 8 komanda arasında mübarizə gedib. Final mərhələsində Bakı komandası Şəki ilə, Mingəçevir komandası isə isə Gəncə ilə üz-üzə gəliblər. Uğurlu çıxışları ilə yadda qalan Mingəçevir Dövlət Universitetinin “Qarabağ” komandası Gəncə üzərində qələbə qazanaraq, respublika üçüncülüyü ilə kifayətlənməli olub.

Qeyd edək ki, komandanın II spikeri Gülmirə Məmmədova və III spikeri Mübarək Aydəmirov isə “Respublika Gənclərin Debat Forumu: Payız-2018”-in 10 ən yaxşı natiqlərindən biri seçilmişlər.

Komandanı yarışa universitetin Gənclər Təşkilatının sədri Samrin Xanlayev hazırlamışdır.