MDU futbolçuları Gəncədən bürünclə döndülər Запись опубликована:23.11.2018 Рубрика записиXəbərlər (AZ) MDU futbolçuları Gəncədən bürünclə döndülər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Tələbə Günü münasibətilə Gəncə Olimpiya İdman Kompleksində tələbə-gənclər arasında ənənəvi mini futbol turniri baş tutub. Görüşdə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər. İlk görüş MDU və ADAU təmsilçiləri arasında baş tutub. Gərgin keçən mübarizə şəraitində ADAU komandası 8 : 5 hesabı ilə qalib gəlib. İkinci görüş GDU və ATU təmsilçiləri arasında baş tutub və 4 : 2 hesabı ilə GDU komandası qalib gəlib. Növbəti mərhələdə 3 və 4-cü yerlər uğrunda MDU və ATU komandaları mübarizə aparıblar. Nəticədə 4:1 hesablı qələbə ilə Mingəçevir Dövlət Universitetinin komandası III yerə, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerdə qərarlaşıb. I və II yerlər uğrunda GDU və ADAU komandaları mübarizə aparıblar. Görüşün əsas hissəsində hesab açılmayıb. Əlavə olunmuş vaxtda qalib yenə müəyyənləşməyib. Qalibi müəyyənləşdirmək penalti seriyasına qalıb. Penalti seriyasında Gəncə Dövlət Universiteti komandası 1 top hesabı ilə turnirin qalibi olub. {phocagallery view=category|categoryid=79|limitstart=0|limitcount=0} Еще статьи Предыдущая записьRobot texnologiyalarına daha doğru bir addım Следующая записьBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilib Вам также может понравиться Ermənistanın Azərbaycana təcavüzü: Füzuli və Cəbrayıl rayonlarının işğal olunmasından 27 il keçir 23.08.2020 “AZƏRTAC” informasiya agentliyinin rəsmi səhifəsində rektor Şahin Bayramovun fikirləri dərc olunub 20.10.2020 Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib 10.12.2019 Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı “Vətən Müharibəsi Qəhrəmanı” olub 24.12.2020 Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları COVID-19 əleyhinə peyvənd olunublar 15.04.2021 Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb 19.10.2021 MDU-da təhsil siyasətinin prioritetləri müzakirə olunub 02.05.2018 Mingəçevir Dövlət Universitetinin rektorunun tələbələrlə növbəti görüşü 15.04.2020
Ermənistanın Azərbaycana təcavüzü: Füzuli və Cəbrayıl rayonlarının işğal olunmasından 27 il keçir 23.08.2020
“AZƏRTAC” informasiya agentliyinin rəsmi səhifəsində rektor Şahin Bayramovun fikirləri dərc olunub 20.10.2020
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı “Vətən Müharibəsi Qəhrəmanı” olub 24.12.2020