MDU futbolçuları Gəncədən bürünclə döndülər Post published:23.11.2018 Post category:Xəbərlər (AZ) MDU futbolçuları Gəncədən bürünclə döndülər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Tələbə Günü münasibətilə Gəncə Olimpiya İdman Kompleksində tələbə-gənclər arasında ənənəvi mini futbol turniri baş tutub. Görüşdə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər. İlk görüş MDU və ADAU təmsilçiləri arasında baş tutub. Gərgin keçən mübarizə şəraitində ADAU komandası 8 : 5 hesabı ilə qalib gəlib. İkinci görüş GDU və ATU təmsilçiləri arasında baş tutub və 4 : 2 hesabı ilə GDU komandası qalib gəlib. Növbəti mərhələdə 3 və 4-cü yerlər uğrunda MDU və ATU komandaları mübarizə aparıblar. Nəticədə 4:1 hesablı qələbə ilə Mingəçevir Dövlət Universitetinin komandası III yerə, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerdə qərarlaşıb. I və II yerlər uğrunda GDU və ADAU komandaları mübarizə aparıblar. Görüşün əsas hissəsində hesab açılmayıb. Əlavə olunmuş vaxtda qalib yenə müəyyənləşməyib. Qalibi müəyyənləşdirmək penalti seriyasına qalıb. Penalti seriyasında Gəncə Dövlət Universiteti komandası 1 top hesabı ilə turnirin qalibi olub. {phocagallery view=category|categoryid=79|limitstart=0|limitcount=0} Read more articles Previous PostRobot texnologiyalarına daha doğru bir addım Next PostBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilib You Might Also Like Mingəçevir Dövlət Universiteti yeni ERASMUS+ layihəsinin icrasında iştirak edəcək 31.08.2020 Mingəçevir Dövlət Universitetinin baş müəllimi vəfat edib 22.11.2020 Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib 25.06.2021 Mingəçevir Dövlət Universiteti “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” adlı beynəlxalq konfransa tərəfdaşlıq edib 28.11.2021 Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin X elmi-praktik konfransı keçirilib 22.12.2020 Rektor Şahin Bayramovun 10 Noyabr – Dünya Elm Günü münasibətilə təbriki 10.11.2021 Mingəçevir Dövlət Universitetinin tələbəsi Gənclər Forumunda iştirak edib 05.02.2022 Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib 28.04.2021
Mingəçevir Dövlət Universiteti “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” adlı beynəlxalq konfransa tərəfdaşlıq edib 28.11.2021
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin X elmi-praktik konfransı keçirilib 22.12.2020