MDU futbolçuları Gəncədən bürünclə döndülər Запись опубликована:23.11.2018 Post category:Xəbərlər (AZ) MDU futbolçuları Gəncədən bürünclə döndülər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Tələbə Günü münasibətilə Gəncə Olimpiya İdman Kompleksində tələbə-gənclər arasında ənənəvi mini futbol turniri baş tutub. Görüşdə Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər. İlk görüş MDU və ADAU təmsilçiləri arasında baş tutub. Gərgin keçən mübarizə şəraitində ADAU komandası 8 : 5 hesabı ilə qalib gəlib. İkinci görüş GDU və ATU təmsilçiləri arasında baş tutub və 4 : 2 hesabı ilə GDU komandası qalib gəlib. Növbəti mərhələdə 3 və 4-cü yerlər uğrunda MDU və ATU komandaları mübarizə aparıblar. Nəticədə 4:1 hesablı qələbə ilə Mingəçevir Dövlət Universitetinin komandası III yerə, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerdə qərarlaşıb. I və II yerlər uğrunda GDU və ADAU komandaları mübarizə aparıblar. Görüşün əsas hissəsində hesab açılmayıb. Əlavə olunmuş vaxtda qalib yenə müəyyənləşməyib. Qalibi müəyyənləşdirmək penalti seriyasına qalıb. Penalti seriyasında Gəncə Dövlət Universiteti komandası 1 top hesabı ilə turnirin qalibi olub. {phocagallery view=category|categoryid=79|limitstart=0|limitcount=0} Еще статьи ƏvvəlkiRobot texnologiyalarına daha doğru bir addım SonrakıBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilib Digər yazılar Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir 17.06.2021 Mingəçevir Dövlət Universitetində Milli Dirçəliş Günü qeyd olunub 15.11.2019 MDU-da “AFBİA”İB və “İnvestAz investisiya şirkəti” təlim keçib 23.04.2019 “Azərbaycan müəllimi” qəzetinin 8 may 2020-ci il tarixli buraxılışında rektor Şahin Bayramovun müsahibəsi dərc olunub 09.05.2020 Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub 04.11.2021 Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib 10.06.2021 Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları “Yubiley döş nişanı” ilə təltif edilib 16.08.2021 Mingəçevir Dövlət Universitetinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb 14.01.2021
“Azərbaycan müəllimi” qəzetinin 8 may 2020-ci il tarixli buraxılışında rektor Şahin Bayramovun müsahibəsi dərc olunub 09.05.2020
Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib 10.06.2021
Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları “Yubiley döş nişanı” ilə təltif edilib 16.08.2021
Mingəçevir Dövlət Universitetinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb 14.01.2021