MDU-nun əməkdaşı FHN kursunda

  • Рубрика записиXəbərlər (AZ)

MDU-nun əməkdaşı FHN kursunda

Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının müdiri, tex.f.d., dosent Mahir İsmayılov 19-23 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Bakı regional Mərkəzində Mülki müdafiə kursunda olmuşdur.

Bildiyimiz kimi Böyük və Kiçik Qafqazın əhatəsində yerləşən Azərbaycan Respublikasının ərazisi region üçün xas olan bütün fövqəladə halların xüsusiyyətlərini özündə əks etdirir. Çox mürəkkəb geoloji və iqlim şəraitinə malik olan ərazimiz istər endogen, istərsə də eqzogen hadisələrin miqyasına və intensivliyinə görə dünyanın ən mürəkkəb regionlarından sayılır. Ölkənin demək olar ki, bütün ərazisi seysmik cəhətdən qeyri-sabitdir. Respublika ərazisində torpaq sürüşmələri, sellər, daşqınlar, palçıq vulkanları və s. geniş sahələri əhatə edir.

Kursda məqsəd Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri. Nazirliyin strukturlarına daxil olan qurumlar və onların fövqəladə hallar zamanı fəaliyyəti barədə dinləyicilərə məlumat verilmiş, kursun proqramına uyğun kimya laboratoriyalarında, sığınacaqlarda və təlim məş kabinələrində praktik dinləmələr və təlimlər aparılmışdır.

Kursun iştirakçılıarı Mülki müdafiə kafedra müdirləri kateqoriyası üzrə tam proqramı bitirmiş və onlara sertifikatlar təqdim edilmişdir.

{phocagallery view=category|categoryid=83|limitstart=0|limitcount=0}