27-28 noyabr 2024-cü il tarixlərində Xəzər Universitetində “DIRNA” Erasmus+ layihəsi çərçivəsində “Tədqiqat Metodları” mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir. Bu tədbirdə Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva iştirak etmişdir. İki gün davam edən təlim tədqiqat sahəsində biliklərin artırılması və praktik bacarıqların inkişafı üçün böyük imkanlar yaratmışdır. Universitet rəhbərliyi bu cür tədbirlərin əhəmiyyətini dəyərləndirərək, əməkdaşlarının elmi biliklərini artırmaq üçün beynəlxalq layihələrdə iştirakını hər zaman dəstəkləyir. 27 noyabr 2024-cü il tarixində Raziyə İsayeva tərəfindən aparılan sessiya tədqiqat dizaynı, planlaşdırma və etik prinsiplərin tətbiqinə həsr edilmişdir. Ədəbiyyat icmalı mövzusu xüsusilə vurğulanaraq tədqiqatın uğurunun əsasının düzgün araşdırma olduğu bir daha diqqətə çatdırılmışdır. 28 noyabr 2024-cü il tarixində Cavid Ocaği ilə keçirilən təlimdə iştirakçılar tədqiqat suallarının düzgün formalaşdırılması, metodologiyaların seçilməsi, məlumatların təhlili və hesabatların hazırlanması barədə geniş məlumat əldə etmişlər. Təlimin praktiki bölmələri iştirakçıların tədqiqat işlərinin keyfiyyətini artırmağa yönəlmişdir. Təlim zamanı əldə olunan biliklər və ideyalar Mingəçevir Dövlət Universitetinin elmi tədqiqat sahəsində yeni nailiyyətlər əldə etməsi üçün faydalı olacaqdır. Universitet rəhbərliyi bu kimi tədbirlərin elmi icmanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir və əməkdaşlarının beynəlxalq təlimlərdə iştirakını strateji prioritet kimi görür.
Mingəçevir Dövlət Universitetinin nümayəndəsi Xəzər Universitetində “Tədqiqat Metodları” mövzusunda keçirilən təlimdə iştirak etmişdir
- Запись опубликована:02.12.2024
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

MDU əməkdaşının həmmüəllifliyi ilə nüfuzlu beynəlxalq jurnalda çap olunan məqalənin təqdimatı keçirilib

Zəfər Gününə həsr olunan sərgi keçirilib

Mingəçevir Dövlət Universitetində “Kiber təhlükəsizlik günləri” başa çatıb

Mingəçevir Dövlət Universitetində “Akademik kommunikasiya: Tələbələr üçün effektiv şifahi ünsiyyət bacarıqları” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin tələbəsi Namiq Qədimli Beynəlxalq Maliyyə Sertifikatı qazanıb

Mingəçevir Dövlət Universitetində “Ətraf mühitin iqtisadiyyatı” fənnindən açıq dərs keçirilib

Mingəçevir Dövlət Universitetində “π Günü” tədbiri keçirilib
