Mingəçevir Dövlət Universitetinin Debat komandası regional yarışın qalibi olub

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin Debat komandası regional yarışın qalibi olub

 

Milli Debat Proqramı çərçivəsində “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Payız 2019” yarışı keçirilib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, Mingəçevir Gənclər və İdman İdarəsi, Mingəçevir Gənclər Evi, “Gələcək Gənclərlə Gələcək” GİB və Milli Debat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Ağcabədi, Yevlax, Ağdaş rayonlarından və Mingəçevir şəhərindən ümumilikdə 7 komanda iştirak edib.

Gərgin mübarizə şəraitində keçən yarışın finalında Mingəçevir Dövlət Universitetinin “Qarabağ” komandası Ağdaş rayonunu təmsil edən “White stone” komandası ilə qarşılaşıb. Sonda “Qarabağ” komandası qalib gələrək Forumda 1-ci yerə layiq görülüb.

Eyni zamanda, yarışın şərtlərinə uyğun olaraq münsiflər heyəti tərəfindən Forumun 10 ən yaxşı natiqi də müəyyən edilib. “Qarabağ” komandasının üzvləri Mübarək Aydəmirov, Nuranə İbrahimova və Fəxriyyə Qüdrətli, eləcə də MDU-nu təmsil edən digər komandanın 2 üzvü müvafiq olaraq 5 ən yaxşı natiq seçiliblər.

Qələbə münasibətilə MDU-nun rektoru Şahin Bayramov “Qarabağ” komandasının üzvləri ilə görüşüb. Milli Debat Proqramı çərçivəsində keçirilən “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Payız 2019”un qaliblərini təbrik edən Ş.Bayramov MDU-nu yüksək səviyyədə təmsil etdikləri üçün onlara təşəkkürünü bildirib. Bu formatda keçirilən tədbirlərin gənclərin intellektual və hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən Ş.Bayramov gələcəkdə bu istiqamətdə təşəbbüslərin davamlı dəstəklənəcəyini vurğulayıb.

{phocagallery view=category|categoryid=279|limitstart=0|limitcount=0}