Təhsilalanların universitetdaxili nizam-intizam qaydaları
Universitetdaili nizam-intizam qaydaları Mingəçevir Dövlət Universitetində təhsil alanların davranış normalarını, hüquq və vəzifələrini, eləcə də nizam-intizam qaydalarının pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini müəyyən edir.
Ümumi müddəalar
Universitetdaxili nizam-intizam qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hazırlanmışdır və Universitetə qəbul olunduğu andan etibarən bütün təhsilalanlar üçün məcburidir. Qaydaların əsas məqsədi tədris intizamının möhkəmləndirilməsi və təhsil prosesinə məsuliyyətli yanaşmanın formalaşdırılmasıdır.
Əsas prinsiplər
Nizam-intizam qaydalarının tətbiqində aşağıdakı prinsiplər əsas götürülür:
- bərabərlik,
- ədalət,
- humanizm.
Təhsilalanların əsas hüquqları
Təhsilalanlar:
- dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
- akademik mobillik imkanlarından istifadə etmək;
- universitetin idarəetmə və ictimai həyatında iştirak etmək;
- kitabxana və informasiya resurslarından ödənişsiz istifadə etmək;
- elmi-tədqiqat və sosial-mədəni tədbirlərdə iştirak etmək;
- şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək hüquqlarına malikdirlər.
Təhsilalanların əsas vəzifələri
Təhsilalanlar:
- universitetin daxili qaydalarına və etik normalara riayət etməli;
- tədris prosesində fəal iştirak etməli;
- universitet əmlakını qorumalı;
- tədris prosesinə mane olan davranışlara yol verməməli;
- universitetin nüfuzuna və dəyərlərinə xələl gətirən hərəkətlərdən çəkinməlidirlər.
Nizam-intizam qaydaları ilə tanış olmaq üçün “PDF” sənədini yükləyin.