Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü ilin noyabrın 29-da Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib. Konfransda MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami  Zeynalov, universitet TEC-in sədri b/m. Günəş Şəfaqətov ilə yanaşı, bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb,  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ruhuna ehtiram olaraq 1 dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş nitqi ilə açan MDU-nun Təhsil fakültəsinin dekanı, dos. Nizami Zeynalov tələbə gənclərin elmi tədqiqata olan marağını yüksək qiymətləndirirək bu istiqamətdə inkişafın davamlı olmasını aruzlayıb. Universitetdə gənclərin tədqiqat bacarıqlarının inkişafı istiqamətində atılan addımlar diqqətə çatdıran dekan bu kontekstdə tələbələr arasında təşkil edilən elmi tədbirlərin önəmini xüsusi vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra məruzələr dinlənilib. Konfransda Mingəçevir Dövlət Universitetinin AƏ22.2  saylı qrup tələbəsi Zərifə İSA “ Nizami Gəncəvi yaradıcılığında ekoloji tərbiyə”, İS21.2 saylı qrup tələbəsi Qızbəs Osmanova “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili üzrə yaranan problemlər və onların həlli yolları”, Rİ20.1 saylı qrup tələbəsi  Kübraxanım Nuriyeva “Ümumtəhsil məktəblərinin riyaziyyat kursunda irrasional tənliklərin həllinin öyrədilməsi metodikası”, MT22.2  qrup tələbəsi Sahibə Qulizadə “Təhsildən yayınma: səbəbləri, mahiyyəti və aradan qaldırılması yolları”, DƏ23 qrup tələbəsi Aynur Kərimova “İngilis dilinin tədrisində yeni pedaqoji texnologiyalardan istifadənin əhəmiyyəti və ona verilən tələblər”, K22 qrup tələbəsi Nuray  İsmayılova “Atom elektrik stansiyalarının ətraf mühitə mənfi təsiri və onun azaldılması yolları”, T24  qrup tələbəsi Arzu Quliyeva  “Təhsilin humanistləşdirilməsi dövrün mənəvi tələbidir” mövzularında çıxış ediblər. Konfrans iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da Azərbaycan Respublikasında təhsilin inkişafı qarşısında duran problemlərin həlli istiqamətində mühüm tədbirlərin keçirilməsinə xüsusi diqqət verilir.