Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi

  • Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Ümid edirik ki, həmin gün Azərbaycanın suverenliyi uğrunda, xalqın dincliyi, əmin-amanlığı yolunda canından keçən, adlarını tarixin səhifələrinə qızıl hərflərlə  yazdıran qəhrəman şəhidlərimizin xatirəsi hər kəs tərəfindən dərin hörmətlə anılacaq.
     
  • Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 19 mart 2021-ci il tarixli iclasında təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə universitetin strukturunda “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) yaradılmasına dair qərar qəbul edilib. Həmin qərara əsasən MDU rektorunun 6 aprel 2021-ci il tarixli müvafiq əmri ilə sözügedən Mərkəz təsis edilib.

  • Tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli, vətənpərvər vətəndaş kimi yetişdirilməsi işinə davamlı surətdə töhfə verməyi hədəfləyən TVİM-in başlıca vəzifələri qəhrəman şəhid və qazilərimizin gənc nəsilə tanıdılması, onların göstərdikləri şücaətlərin təbliğ edilməsidir. Eyni zamanda, Mərkəz şəhidlərin adlarının əbədiləşdirilməsi, qazilərə xüsusi diqqətin göstərilməsi, tarixi günlərə həsr olunmuş müxtəlif formatlı tədbirlərin təşkili və digər müvafiq istiqamətlər üzrə fəaliyyətlərin icrası və əlaqələndirilməsini həyata keçirəcəkdir.

  • MDU-nun məzunu  Minayə Hüseynova TVİM-in koordinatoru vəzifəsinə işə qəbul edilib. M.Hüseynova 2011-2015-ci illərdə MDU-da “Ekologiya mühəndisliyi” ixtisası üzrə bakalavriat təhsili alıb.

  • M.Hüseynova Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan MDU-nun məzunu Əzəmi Hüseynovun həyat yoldaşıdır. Şəhid Əzəmi Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

  • Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi qəhrəman şəhid və qazilərimizin gənc nəslə tanıdılması, onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində müxtəlif formatlı fəaliyyətlərin həyata keçirilməsinə start verib. Sözügedən fəaliyyətlər çərçivəsində şərəfli döyüş yolu keçən MDU ailəsinin qəhrəman üzvlərinin həyat hekayələrinin işıqlandırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Mərkəz tərəfindən silsilə yazıların və reportajların hazırlanmasına xüsusi diqqət yetirilir.