2024-cü ilin fevralın 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı- faciədən doğan intiqam” mövzusunda ədəbi-bədii gecə keçirilib.
Universitetin akt zalında keçirilən tədbirdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, professor-müəllimlər, tələbə və magistrantlar iştirak edib.
Tələbələrə vətənpərvlik ruhunun aşılanması, Xocalı həqiqətlərinin çatdırılması məqsədi daşıyan tədbir soyqırımı zamanı həlak olanların və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra, Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ədəbi-bədii gecədə tələbələrin ifasında vətənpərvərlik və Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirilib, mahnılar oxunulub.
Qeyd edək ki, Xocalı Soyqırımının otuz ikinci ildönümü MDU-da müxtəlif formatlı tədbirlərlə anılır.