9-14 avqust tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı rayonunda beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi təşkil ediləcək. Yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir. Yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur: İştirak etmək istəyən və müvafiq tələblərə uyğun gələn şəxslər aşağıdakı keçidə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyat forması: https://forms.gle/LM3S5FoJjdwKMbdy8 Qeydiyyatın bitmə tarixi: 16 iyul 2023-cü il. Nəzərinizə çatdıraq ki, qeydiyyatdan keçmiş iştirakçıların dil bacarıqları və mövzu üzrə ilkin biliklərinin qiymətləndirilməsi üzrə müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Proqram haqqında daha ətraflı məlumat isə seçilmiş iştirakçılara təqdim olunacaq.